Gürcüstanda pandemiyanın pik həddə çatacağı gözlənilir

“Gürcüstanda epidemioloji vəziyyət pisləşib və koronavirusa yoluxma hallarında artımın davam edəcəyi gözlənilir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, ölkədə pandemiyanın pik mərhələsinin aprelin sonunda, may ayının ilk iki həftəsində olacağı proqnozlaşdırılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda uğursuz Lələtəpə əməliyyatı ilə bağlı cinayət işi açılmayıb

SONRAKI XƏBƏR

Ekspert astronomiya fənninin yenidən tədrisə salınmasını təklif edir – SƏBƏB