Bu gecə Ermənistanda kütləvi həbslər olacaq: Anna Akopyan tapşırıq verib

Bu gecə Ermənistanda kütləvi həbslər olacaq: Anna Akopyan tapşırıq verib

Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur səfərində Meğri və Qafandan qovulması, etiraz aksiyalarının təşkili həyat yoldaşı Anna Akopyanı qəzəbləndirib.

O, aksiya təşkilatçılarının hamısının həbsini tələb edib.

Cebhe.info xəbər verir ki, bu barədə "Dejavu" teleqram kanalı məlumat yayıb. Bildirilir ki, Anna Akopyan dərhal Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyana zəng edərək aqressiv tonda həmin şəxslərin həbsini istəyib.

Xüsusilə Paşinyana qarşı təhqiredici ifadələr işlədənlərin dərhal həbsini tələb edib.

Anna Akopyan MTX-yə qəzəblənib, onları fəaliyyətsizlikdə günahlandırıb.

Bildirib ki, bu qurum ancaq hadisələri kənardan izləməklə məşğuldur.

"Artıq Abazyan tapşırığın icrası ilə məşğuldur. Bu gücə bölgələrdə kütləvi həbslər olacaq",-deyə məlumatda bildirilir.

Xəzər
Cebhe.info

 

Mənbə: cebhe.info