Boşanmaq üçün birbaşa məhkəməyə müracət etmək mümkün olmayacaq - VİDEO

Boşanmaq üçün birbaşa məhkəməyə müracət etmək mümkün olmayacaq - VİDEO

İyul ayının 1-dən Azərbaycanda ailə, əmək və kommersiya mübahisələri ilə bağlı birbaşa məhkəməyə müraciət etmək mümkün olmayacaq.

Bu kateqoriya işlərlə bağlı tərəflər ən azı ilkin mediasiya sessiyasını keçməli, mübahisənin mediasiyada həlli alınmadığı təqdirdə məhkəməyə müraciət edə biləcəklər.

“Report”un “Hüququmuz var” verilişində vəkil Rəşad Vaqifoğlunun qonağı Mediasiya Şurasının Müşahidə Şurasının üzvü Ruslan Mirzəyev olub.

O, mediasiyanın vətəndaşlar üçün müsbət və mənfi tərəfləri, xidmət haqqı ödənişləri, mediasiya sazişinin hüquqi qüvvəsi və digər məsələlərə aydınlıq gətirib.

Mənbə: report.az