Türkiyənin yeni səfiri işə başladı

Türkiyənin yeni səfiri işə başladı

Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı vəzifəsinin icrasına başlayıb. Azvision.az xəbər verir ki, bu barədə Türkiyə səfirliyinin “Facebook” səhifəsində məlumat paylaşılıb.

“Cahit Bağcı 19 aprel 2021-ci ildə Bakıya gəldi və səfirlik personalı tərəfindən qarşılandı. Tanışlıq görüşü keçirildi və cənab Bağcı həmin gün Bakıdakı səfir vəzifəsinə başladı", - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
 

Mənbə: azvision.az