Çexiyanın yeni XİN rəhbəri təyin edildi

Çexiyanın yeni XİN rəhbəri təyin edildi

Çexiya Prezidenti Miloş Zeman daxili işlər nazirinin müavini vəzifəsində çalışan Yakub Kulqaneki xarici işlər naziri təyin edib. Azvision.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

"Xarici İşlər Nazirliyinin başçısı vəzifəsinə təyin olunmağınız münasibətilə sizi təbrik edirəm və respublikanın rifahı naminə bu məsul işində uğurlar diləyirəm", - deyə Zeman yeni XİN rəhbərinə bildirib.

Xatırladaq ki, bundan əvvəl xarici işlər naziri olmuş Tomas Petrşiçek 12 aprel tarixində baş nazir Andrey Babişin təklifi ilə prezident tərəfindən vəzifəsindən azad edilib.
 

Mənbə: azvision.az