Erməni siyasi xadim: "Qasparyan və hakimiyyət arasında qarşılıqlı atışma həqiqəti gizlədir"

"Hakimiyyət cəmiyyəti realiti şou məntiqində saxlamaq prosesini həyata keçirir, bu, siyasi fikrin və mühitin klassik manipulyasiyasıdır". Ordu.az xəbər verir ki, bunu Ermənistanın "Vətəndaş qərarı" sosial-demokrat partiyasının üzvü Mikayel Nahapetyan deyib.

"Bu böhtanlar dili, parçaların nəşri, gizli informasiyanı siyasi təsir qolu kimi istifadə etmək avtoritar siyasi sistemlərə daha xarakterikdir. Demokratik sistemlərdə həqiqət tam şəkildə aşkarlanır və ictimaiyyətə təqdim olunur", - deyə o bildirib.

Nahapetyan qeyd edib ki, Onik Qasparyan və hakimiyyət arasında qarşılıqlı atışma həqiqəti gizlədir.

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Sabah Putinlə Lukaşenko arasında görüş olacaq

SONRAKI XƏBƏR

David Alaba “Real”la ilkin müqavilə imzalayıb