Ermənistanda mer Paşinyanı hədələdi

"Qoy o (Paşinyan-red.) Zəngəzur (Sünik) sakinlərinə toxunmağa cəhd etsin. Onlar üçün pis olacaq. Zəngəzurluların (Sünik) tükünü belə tərpətməyə çalışsalar, o zaman bunun pis nəticəsini görəcəklər". Azvision.az xəbər verir ki, bunu Ermənistanın Kacaran şəhərinin meri Manvel Paramazyan yerli mediaya verdiyi açıqlamada deyib.

O qeyd edib ki, bu gün Zəngəzur (Sünik) sakinləri Paşinyanın bölgəyə hansı məqsədlər üçün gəldiyini gözəl anlayırlar. Mer dönə-dönə xəbərdarlıq edib ki, yerli sakinləri polis, xüsusi xidmət orqanları və prokurorluq işçiləri ilə qorxutmalı deyillər.

Zəngəzur (Sünik) icma liderlərinin insanları Nikol Paşinyana qarşı qaldırması iddiasına gəldikdə isə, Manvel Paramazyan təəccüblə soruşub: “15 min insanı necə məcbur etmək olardı ki, onlar küçələrə çıxsınlar?”.

Qeyd edək ki, erməni mediası Nikol Paşinyanın bu gün ona qarşı etirazlar keçirən bölgə sakinlərini həbs etmək, sorğu-suala çəkmək üçün MTX və polisə xüsusi bir əmr verdiyini yazıb. Bu məqsədlə MTX və Ermənistan Polisinin rəhbəri Zəngəzur (Sünikə) gəlib.
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 79% artıb

SONRAKI XƏBƏR

Rusiya prezidentinin müşaviri: "Azərbaycanın uğurlarına sevinirik"