Ölmüş erməni hərbi qulluqçunun Paşinyanı müdafiə edən valideyni artıq onu söyür

Ölmüş erməni hərbi qulluqçunun Paşinyanı müdafiə edən valideyni artıq onu söyür

Aprelin 19-da itkin düşmüş və ölmüş erməni hərbi qulluqçuların valideynləri Ermənistan hökumətinin binası qarşısında Ermənistan Baş naziri Nikol Paşinyanla görüş tələb ediblər. Ordu.az-ın məlumatına görə, ölmüş erməni hərbi qulluqçulardan birinin valideyni qeyd edib ki, Paşinyan onların uşaqlarını orduya göndərdikləri kimi geri qaytarmalıdır.

Məlum olur ki, Ermənistanın hazırkı hakimiyyəti Paşinyanın başçılığı altında sakinləri o qədər məyus edib ki, ona qeyd-şərtsiz etibar edənlər bu gün bütün ittihamları məhz ona qarşı yönəldirlər.

 

Mənbə: ordu.az