Doha Əfqanıstanla bağlı iclasa ev sahibliyi edəcək

Gələn həftə Qətərin paytaxtı Dohada Əfqanıstanla bağlı toplantının keçirilməsi planlaşdırılır. İclasda Rusiya, ABŞ, Çin və Pakistandan olan rəsmilər görüşəcəklər.

“Report” xəbər verir ki, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin Asiya ikinci departamentinin direktoru Zamir Kabulov TASS agentliyinə bildirib.

Bir qədər öncə xəbər verildiyi kimi, “Taliban” hərkatının nümayəndələri Əfqanıstanın gələcəyinə dair bu ay Türkiyədə keçirilməsi planlaşdırılan zirvə görüşünə qatılmayacaqlarını bildiriblər. Onların əsas tələbi bütün xarici qüvvələrin ölkəni tərk etməsidir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

General Hodces Ermənistana məxsus texnikaların məhvi barədə: “Bu sadəcə “pilotsuz porno”dur” - FOTO

SONRAKI XƏBƏR

MSK-nın tərkibi yenidən formalaşdırılır