Paşinyanın Şuşadakı sərxoşluğu arvadına dərs olub: “Nikolu İrəvana qaytarın...”

Paşinyanın Şuşadakı sərxoşluğu arvadına dərs olub: “Nikolu İrəvana qaytarın...”

Ermənistanın Baş naziri Nikol Paşinyanın paytaxtı tərk edib bölgələrə səfər etmək planı ölkəni yerindən oynadıb.

Nikol Paşinyanın az qala getdiyi bütün şəhərlərdən qovulmasından sonra sosial şəbəkənin erməni seqmenti həmçinin baş nazirin sərxoş olması barədə məlumatlarla çalxalanır.

Eyni zamanda erməni liderin sinir problemləri olduğu və özünü idarə edə bilmədiyi də qeyd olunur.

Ermənistan gündəmini alt-üst edən faktlardan ən maraqlısı isə baş nazirin arvadının Nikol Paşinyanı müşayiət edən parlamentin vitse-spikeri Alen Simonyanla əlaqə saxlaması olub. Belə ki, Anna Akopyan sonuncu ilə əlaqə saxlayaraq, ondan ərini paytaxt İrəvana qaytarmasını tələb edib.

Elə Akopyanın məhz Simonyana zəng vurması da demək olar ki, erməni istifadəçilərin iddialarını təsdiq edib. Görünür Akopyan ərinin sərxoşluğu və özünü idarə edə bilməməsi səbəbilə onun qəbuluna düşə bilməyib, buna görə də elə Simonyana zəng vurmağı seçib.

Həmçinin Nikol Paşinyanın özünün də səfər etdiyi ərazilərdən qovulmasına, şəhər sakinləri ilə mübahisəyə girməsinə baxmayaraq, dabanına tüpürüb İrəvana qaçmaq əvəzinə, təkidlə “səfərə” davam etməsi onun sağlam düşünmək qabiliyyətindən məhrum olduğunu göstərib.

Erməni liderin sərxoşluğu barədə bundan əvvəl də məlumatlar yayılıb. Ancaq tarixin yalnız saxtasını sevən bir xalqın liderinin tarixdən dərs çıxarmasını gözləmək də çətindir. Baxmayaraq ki, Nikol Paşinyan özü içdiyi içki qarşılığında bəlkə də, ən böyük hesabı ödəmiş insan kimi tarixə düşüb.

Bu hesabı isə “Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxəyə” dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev və Müzəffər Azərbaycan Ordusu bütün Azərbaycan xalqının adından ödədib!

Nikol Paşinyan özü dərs çıxarmasa belə, bir vaxtlar əlinə silah alıb Qarabağda döyüşə yollanmaqla bağlı “tamaşa” hazırlayan arvadı Anna Akopyan çox güman ki, artıq dərsini alıb. Ona görə də əl-ayağa düşüb sərxoş ərinin İrəvana qaytarılması üçün yalvarıb. Çünki ermənilərin heç vaxt yer almadığı əsl tarix ona göstərib ki, içkili vəziyyətdə təlxəklik edən biri təkcə özü üçün deyil, bütün xalqı üçün faciələrə səbəb ola bilər.

İndiki məqamda isə Anna özü üçün ən doğrusunu edib, zəng vurub ki, Paşinyanı təlxəkliyə keçmədən evinə qaytarsınlar. Çünki, Akopyan yaxşı bilir ki, humanist Azərbaycan xalqının tarixi ədaləti bərpa edərək verdiyi dərslə, faşizmə sitayiş edən Njdeyə heykəl qoyan, əli dinc sakinlərin qanına bulaşan ermənilərin hazırda sərxoş vəziyyətdə “səfərə çıxan” baş nazirə edə biləcəkləri ilə eyni olmaya bilər...

Orxan Tağıyev

Mənbə: www.oxu.az