Putinlə görüşə hazıram - Kravçuk

Putinlə görüşə hazıram - Kravçuk

Regionda münaqişənin həlli ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazıram.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk çıxış edib.

“Sözsüz hazıram. Elə bu gün. Mənim Putinə deməyə sözüm, Ukraynaya qarşı nifrəti alovlandıran Kreml məmurlarına müraciətim var”, - Kravçuk bildirib.

Qeyd edək ki, dünən də Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə Donbasda görüşməyi təklif etmişdi.

Mənbə: axar.az