Qarabağda yaralanan 9 min erməni hərbçi hələ status gözləyir

Qarabağda yaralanan 9 min erməni hərbçi hələ status gözləyir

Qarabağda 44 günlük müharibədə itkin düşən erməni həbbçilərinin sayı indilik 556 nəfər göstərilib.

Cebhe.info xəbər verir ki, onların hər biri barədə iş Hərbçilərin Sığorta Fondundadır.

Ancaq bundan əvvəl Fond 1055 itkin hərbçinin ailəsinə vəsait ödəniləcəyini açıqlamışdı.

Müdafiə Nazirliyinin idarə müdiri, polkovnik Aleksandr Avetisyan bildirib ki, hökumətin qərarı ilə itkin düşənlərn ailələrinə hələlik 300 min dram ödənilib.

Fonda isə müharibədə ölən 3039 nəfərlə bağlı mlumatlar daxil olub.

Bundan başqa müharibədə 9000 nəfərin yaralandığı barədə rəsmən bildirilib. Onlara da indiyə qədər status verilməyib.

Xəzər

Mənbə: cebhe.info