Türkiyə və Qətər rəsmiləri müdafiə sənayesində əməkdaşlıq məsələlərini müzakirə edib

Türkiyə və Qətər rəsmiləri müdafiə sənayesində əməkdaşlıq məsələlərini müzakirə edib

Türkiyənin Müdafiə Sənayesi katibi İsmail Demir Dohaya səfəri zamanı Qətərin Baş Qərargah rəisi general-leytenant Qənim bin Şahin əl-Qənim ilə görüşüb. Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Görüş zamanı iki ölkə arasındakı müdafiə sənayesi əlaqələri və bu əlaqələrin inkişaf etdirilməsinin yolları müzakirə edilib. Görüşdə Qətər Silahlı Qüvvələrindən bir sıra yüksək rütbəli zabitlər də iştirak edib.

Türkiyə ilə Qətər arasında nisbətən dərin müdafiə sənayesi əlaqələri mövcuddur. Qətər Türkiyədən “Bayraktar TB2” zərbə PUA-ları, “EJDER Yalçın” və “YÖRÜK” tipli zirehli maşınlar və digər müdafiə sənayesi məhsulları alıb.

Türkiyə Qətərə 2019-2020 illəri arasında müdafiə və aviasiya sənayesində 220 milyon dollardan çox ixracat həyata keçirib.

Sevinc Əliyeva

 

Mənbə: ordu.az