Erməni icma başçısı: “Zəngəzur dəhlizi, Meğri dəhlizi, bu bəyanatlar təşviş yaradır”

Erməni icma başçısı: “Zəngəzur dəhlizi, Meğri dəhlizi, bu bəyanatlar təşviş yaradır”

Ermənistanın Meğri şəhərində də Baş nazir Nikol Paşinyanın səfəri barədə heç kim bilməyib. Rəsmi məlumat verilməyib, hətta bu səfərlərin hansı məqsədi güddüyünə belə aydınlıq gətirmirlər. Meğri icmasının başçısı Mxitar Zakaryan deyib ki, Ermənistan Baş nazirinin hansı məntiqi əsas tutduğunu başa düşmür.

“Əgər bu, seçkiqabağı təbliğat kampaniyasıdırsa, onda o, qanunu pozur, çünki təbliğat kampaniyası hələ başlamayıb. Əgər Baş nazir olaraq işgüzar səfərlə gəlibsə, fikrimcə, biz də cəlb edilməli idik. Çoxlu sayda əgərlər var, davamlı proqnozlar verməliyik. Zəngəzur dəhlizi, Meğri dəhlizi, bu bəyanatlar təşviş yaradır, Əliyevin dediyi kapitulyasiya öncəsi bəyanata bənzər idi”, - deyə icma başçısı qeyd edib.

Alpər Mövludoğlu

 

Mənbə: ordu.az