AY Partiya başqanı və SMDT rəhbəri arasında görüş oldu

AY Partiya başqanı Anar Əsədli bu gün Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Süleyman Bəşirli ilə görüşüb.

KONKRET.az xəbər verir ki, görüşdə AY Partiya başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev, Gənclər Təşkilatının üzvü Ruhəngiz Cəfər, SMDTM tərəfindən hüquq müdafiəçisi Samir Kazımlı, hüquqşünas Ülkər Həmidli iştirak ediblər.

Anar Əsədli heyət üzvlərini tanıtdıqdan sonra partiyanın quruluş məqsədi və yaxın gələcəyə dair planları haqqında məlumat verib. Azərbaycan siyasətinin gündəliyində olan məsələlərə fikir bildirən AY Partiya başqanı bildirib ki, yerli özünüidarəetmə sahəsində köklü şəkildə islahat aparılmalıdır.

Partiyalar ilə QHT-lər arasında dialoqa önəm verməklə yanaşı, cəmiyyətin müxtəlif qüvvələri arasında da dialoqun yüksək səviyyədə olmasını arzuladığını əlavə edən Anar Əsədli seçkilər sahəsində fəaliyyət göstərən ictimai təşkilatlarla görüşlərin keçirilməsinin bundan sonra daimi iş planının bir parçası olacağını vurğulayıb.

SMDT rəhbəri qeyd edib ki, seçkilərin şəffaf və demokratik keçirilməsinə əhəmiyyət verən hər bir siyasi partiya ilə əlaqələrə müsbət baxırlar. AY Partiyanın yeni yaranan təşkilat olduğunu deyən Bəşir Süleymanlı yerli özünüidarəetmə orqanlarının siyasi həyatımızdakı əhəmiyyətini vurğulayıb. SMDT sədri qeyd edib ki, bütün siyasi qüvvələr bələdiyyə seçkilərinə ciddi yanaşmalı və siyasi iradələrini cəmiyyətin bu məsələyə diqqət ayırmasına yönəltməlidir.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

“Ermənistan MN bizə dəqiq cavab verməsə, məsələni məhkəmə yolu ilə həll edəcəyik” - Hakobyan

SONRAKI XƏBƏR

Yeni klinikaya məmurlar da rüşvət verib... 10-15 min – İLGİNC MƏQAMLAR