Co Bayden “erməni soyqrımı”nı tanıya bilər

Co Bayden “erməni soyqrımı”nı tanıya bilər

Erməni saytları Amerikanın nüfuzlu “The New York Times” qəzetinə və “CNN” televiziya kanalına istinadən yazırlar ki, ABŞ prezidenti Co Bayden aprelin 24-də “erməni soyqrımını” tanıyan açıqlama yayacaq.

Türkiyə və Azərbaycan ekspertləri hər il “görəsən ABŞ prezidenti “erməni soyqırımını” tanıyacaqmı” sualıyla üzləşirlər.

Modern.az-ın məlumatına görə, məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib ki, bu sualın hər il səslənməsinin özü belə erməni lobbisinin maraqlarına cavab verir.

“Əlbəttə, Türkiyə dəyişən Amerika prezidentlərinin yanlış addım atmamasını istəyir. Ancaq tanısa nə olacaq ki? Bir sıra ölkələrin parlamentləri “erməni soyqırımını” tanıyıb. Bu nəyisə dəyişibmi? Həmin ölkələrin Türkiyə ilə münasibətlərinə parlamentlərinin “soyqırımı” qərarı təsir etməyib, unudulub gedib. Ona görə hər il beynimizi “görəsən bu dəfə tanıyacaqmı” sualı ilə yormaqdansa, insan “cəhənnəmə tanısın” deyib keçmək istəyir.

Mənbə: modern.az