“Ermənistan MN bizə dəqiq cavab verməsə, məsələni məhkəmə yolu ilə həll edəcəyik” - Hakobyan

“Biz çoxlu sayda şikayətlər alırıq ki, səfərbərlik nəticəsində Qarabağ müharibəsində iştirak etmiş bir çox insanlar bərabər şəkildə ödəniş almayıblar və onların sosial məsələləri həll edilməyib”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Azadlıq” hərəkatının həmrəhbəri Samvel Hakobyan deyib.

Hakobyanın sözlərinə görə, hərəkatın sıralarında bənzər problemlərlə üzləşmiş insanlar var, bu insanlar lazımi məlumatı verirlər, bu da “Azadlıq” hərəkatı tərəfindən həyata keçirilmiş araşdırma üçün əsas olub.

“Müdafiə Nazirliyi bizə dəqiq cavab verməsə, məsələni məhkəmə yolu ilə həll edəcəyik”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Nazir: “Hər il 50 mindən çox təhsilalanın peşə təhsilinə yiyələnmək imkanı yoxdur”

SONRAKI XƏBƏR

AY Partiya başqanı və SMDT rəhbəri arasında görüş oldu