Ermənistan Baş Prokurorluğu Koçaryan barəsində cinayət təqibinin dayandırılmasından protest verib

Ermənistanın Baş Prokurorluğu İrəvan ümumi yurisdiksiya məhkəməsinin sabiq prezident Robert Koçaryan və “1 mart işi” ilə bağlı təqsirləndirilən digər şəxslərin barəsində cinayət təqibinin dayandırılması haqda qərarından şikayət verib.

APA-nın xəbərinə görə, bu barədə bu gün yerli media Baş Prokurorluğun mətbuat katibi Arevik Xaçatryana istinadən məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluq məhkəmənin Robert Koçaryan, Seyran Ohanyan, Yuri Xaçaturov və Armen Qevorkyanın barəsində cinayət təqibinin dayandırılması haqda qərarından şikayət verib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

“Azərbaycanda belə bir qənaət var ki, bank kimi məhkəməyə verirsə..." - Kreditlərlə bağlı AÇIQLAMA

SONRAKI XƏBƏR

Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqların araşdırılmasında YENİLİK