“Lragir”: Rusiya Ermənistan üçün düşmənçilik sərhədini keçib

“Lragir”: Rusiya Ermənistan üçün düşmənçilik sərhədini keçib

“Erməni hərbi əsirlər məsələsini fövqəladə rejimli yaz sessiyasının gündəminə daxil etmək məsələsi ilə bağlı Rusiyanın 12 nəfərlik nümayəndə heyətinin səsverməsi ilə əlaqədar nümayəndə heyətinin üzvü Sergey Paxomovun toxunuşu ermənilərə qarşı açıq-aşkar istehzadır”. Ordu.az xəbər verir ki, bu barədə “Lragir.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“Paxomov qeyd edib ki, rus nümayəndə heyəti səsvermənin texniki problemlərinin səbəblərini başa düşməyə çalışır. Texniki səbəblər hər şey aydın olanda siyasətdə qəbul edilmiş izahdır”, - deyə müəllif qeyd edib.

Müəllifin sözlərinə görə, əsirlər məsələsi üzrə Rusiya nümayəndə heyətinin Türkiyə və Bakı ilə ahəngdar səsverməsi Ermənistana qarşı növbəti düşmənçilik aktıdır, Moskvanın bu məsələdən kənarda qalmadığına dair fərziyyələri təsdiq edir.

“Moskvadan Ermənistana biri digərinin ardınca göndərilən karikatura simaları çöküşü sürətləndirir”, - deyə məqalədə yazılıb.

Alpər Mövludoğlu

 

Mənbə: ordu.az