Aprelin 26-dan Moldovada komendant saatı ləğv olunacaq

Aprelin 26-dan Moldovada komendant saatı ləğv olunacaq.

Mətbuat üçün keçirilən bugünkü brifinqdə bu barədə ölkənin Baş naziri vəzifəsini müvəqqəti icra edən Aureliu Çokoy bəyan edib.

Komendant saatı Beltsı və Kişineuda aprelin 3-dən tətbiq edilib. Bu şəhərlərdə 23.00-dan 05.00-dək vətəndaşların hərəkətinə qadağa qoyulub. Bu saatlarda səfərə gələn, yaxud gedən şəxslər üzərlərində təyyarə, qatar, avtobus üçün nəzərdə tutulan bilet gəzdirməlidirlər. Komendant saatında iş məqsədilə küçələrdə hərəkət etməyə məcbur olanlar iş yerini təsdiq edən sənəd təqdim etməlidirlər. Yalnız aptekə dərman almağa gedən şəxslər üçün istisna edilir.

Xatırladaq ki, martın 31-də Moldova parlamenti ölkənin bütün ərazisində 60 günlük fövqəladə vəziyyət tətbiq olunmasına səs verib. 52 deputat layihəni dəstəkləyib.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Tərtərdə İcma Resurs Mərkəzi açılıb - VİDEO

SONRAKI XƏBƏR

Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb