Almaniya əsgərləri bu tarixədək Əfqanıstanı tərk edəcək

Almaniya Bundesveri öz kontingentinin Əfqanıstandan çıxarılmasını sürətləndirmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, qoşunların çıxarılmasının əvvəl nəzərdə tutulan müddəti qısaldılacaq. Generallar əməliyyatı iyulun 4-dək bitirməyi planlaşdırırlar. Berlində hesab edirlər ki, əgər amerikalılar getsələr, o halda alman kontingenti ölkəni tezliklə tərk etməli olacaq. Şəxsi heyət və yüksəkdəqiqliyə malik qurğular Məzari-Şərifdəki alman bazasından çıxarılmalıdır.

Bundesverin inventarı sayılan materialların hamısı çıxarılmayacaq. Yaşayış konteynerləri, mülki avtomobillər və hərbi təyinatlı olmayan digər ləvazimatlar saxlanılacaq. Kabildə yerləşən hərbi hospital son günədək fəaliyyət göstərəcək.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Cənubi Koreya ABŞ-dan F-35B döyüş təyyarələri ala bilər

SONRAKI XƏBƏR

Nazir: “Azərbaycanda tədris planlarının 80-90 faizi 50 ildən çoxdur ki, dəyişmir”