Müharibə zamanı ölmüş erməni hərbi qulluqçunun atasına ev tikmək üçün icazə verməyiblər

Müharibə zamanı ölmüş erməni hərbi qulluqçunun atasına ev tikmək üçün icazə verməyiblər

Ermənistanda, Malatia-Sebastia inzibati rayonunda Gevorqyanların evi onların böyük oğlu qulluqdan qayıtdıqdan sonra tikilməli idi. Ordu.az xəbər verir ki, müharibə erməni əsgər Narek Gevorqyanın həyat ipini kəsib və çoxuşaqlı ailənin atası evi tikmək qərarına gəlib, lakin səlahiyyətlilər şəxslər buna icazə verməyiblər.

Ölmüş erməni hərbi qulluqçu Narek Gevorqyanın atasının tikdiyi evin təməlini söküblər və deyiblər ki, qanunsuz ərazidir. Narek Gevorqyanın atası Roman Gevorqyan isə iddia edir ki, 40 ildir bu ərazi onlara aiddir.

"Öz qanı ilə qazandığı puldur, tikintiyə qoymuşuq, gəlib görürəm ki, şəhər bələdiyyəsindən, polisdən traktorla daxil olublar, evi sökürlər", - deyə o bildirib.

Alpər Mövludoğlu

 

Mənbə: ordu.az