ABŞ 2050-ci ilədək parnik qazlarının atmosferə tullantılarının həcmini sıfıra endirəcək - Bayden

ABŞ 2050-ci ilədək parnik qazlarının atmosferə tullantılarının həcmini sıfıra endirəcək - Bayden

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ 2030-cu ilədək parnik qazlarının atmosferə tullantılarının həcmini 2005-ci illə müqayisədə iki dəfə azaltmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti iqlim məsələlərinə həsr olunmuş onlayn sammit zamanı deyib.

Onun sözlərinə görə, tullantıların 2050-ci ilədək sıfır səviyyəsinədək azaldılması nəzərdə tutulur: "Heç bir ölkə ilqim böhranının öhdəsindən təkbaşına gələ bilməz. Biz hamımız, dünyanın iri iqtisadiyyatlarını təmsil edənlər səylərimizi fəallaşdırmalıyıq. Təmiz enerjili gələcək üçün mübarizə aparan hər kəs öz iqtisadiyyatını daha dayanıqlı və rəqabətqabiliyyətli edəcək".

Mənbə: az.trend.az