AŞPA-da Navalnı barədə qətnamə qəbul olunub

AŞPA-da Navalnı barədə qətnamə qəbul olunub

Rusiyaya müxalifətçinin dərhal azadlığa buraxılmasına çağırış edilib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanı Korrupsiyaya Qarşı Mübarizə Fondunun həbsdə olan rəhbəri Aleksey Navalnı barədə qətnamə qəbul edib.Turkustan.info xəbər verir ki, qətnamənin mətni qurumun saytında dərc edilib.

105 deputatın lehinə, 26 nəfərin əleyhinə səs verdiyi, 11 nəfərin isə bitərəf qalması ilə qəbul olunan qətnamədə Moskvaya çağırış edilib ki, müxalifətçi azadlığa buraxılsın, müalicəsinə şərait yaradılsın.

AŞPA Rusiyanı İnsan hüquqlarına dair Nazirlər Komitəsinin 2021-ci il iyun iclasından əvvəl Navalnıyı dərhal və heç bir şərt irəli sürmədən sərbəst buraxmağa çağırıb.

Qeyd edək ki, Navalnı Vladimir vilayətindəki 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Mart ayının sonunda müxalifətçinin səhhətinin pisləşdiyi bildirilib. 19 apreldə Federal Penitensiar Xidmət onun məhkumlar üçün xəstəxanaya köçürülməsi barədə məlumat yayıb. 

Mənbə: turkustan.info