Paşinyan “Zəngəzur dəhlizi”nin açılmayacağını dedi... - Olmasa nələr olacaq?..

“Zəngəzur dəhlizi” olmazsa, üçtərəfli bəyanatın əhəmiyyəti qalırmı?

Politoloq: “Ermənistan Baş naziri Nikol Paşinyanın Sünikə səfərində yerli əhali ilə Mehri dehlizi ilə bağlı açıqlaması əsasən yerli əhalini sakitləşdirmək və seçki öncəsi etirazların qarşını almaqdır”.

“Bu məsələdə əsas maraqlı tərəf Rusiyadır. Moskva bu yolla Azərbaycana müəyyən təzyiqlər edib, ölkəmizi Avrasiya İttifaqına üzvlüyə cəlb etmək istəyir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanın baş naziri Nikol Paşinyanın Mehri yolu barədə verdiyi açıqlamanı PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan Sünikdə görüşdə yerli sakinin Zəngəzur dəhlizi ilə bağlı sualını cavablandırarkən bildirib ki, “Mehridən heç bir yol olmayacaq”. Paşinyanın bu açıqlaması üçtərəfli bəyanatdan imtina kimi dəyərləndirilə bilərmi və “Zəngəzur dəhlizi” olmazsa, üçtərəfli bəyanatın əhəmiyyəti qalırmı?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Görünür revanşistlərin tərəfdarları Pasiyana mane olmaq və vəziyyəti gərginləşdirməklə məşğuldurlar”.

10 noyabr birgə Bəyannaməsinə uyğun olaraq Rusiya və Ermənistanın bu dəhlizin açılmasını reallaşdırmalı olduğunu düşünən politoloq bildirib ki, əgər, bu baş tutmasa təbii ki, Azərbaycan təzyiq mexanizminə əl ata bilər:

“Ermənistan Baş naziri Nikol Paşinyanın Sünikə səfərində yerli əhali ilə Mehri dəhlizi ilə bağlı açıqlaması əsasən yerli əhalini sakitləşdirmək və seçki öncəsi etirazların qarşını almaqdır. Məhz Paşinyan da yaxşı bilir ki, Mehi dəhlizi açılmasa, Ermənistan iqtisadiyyatı indiki müstəvidə davam edəcək. Ölkədə iqtisadi inkişaf olmayacaq.

Ümumiyyətlə bu dəhliz özü Ermənistanı blokadadan çıxarır. Amma, görünür revanşistlərin tərəfdarları Pasiyana mane olmaq və vəziyyəti gərginləşdirməklə məşğuldurlar. Hesab edirəm ki, Ermənistanda Mehri dəhlizi ilə bağlı bu ajiotaj süni yaradılır.

Məhəmməd Əsədullazadə: “Əgər, bu dəhliz açılmazsa və 9 noyabr birgə Bəyannaməsinin əsas bəndlərindən biri reallaşmazsa, təbii ki, Azərbaycan təzyiq mexanizminə əl ata bilər”.

Bu məsələdə əsas maraqlı tərəf Rusiyadır. Moskva bu yolla Azərbaycana müəyyən təzyiqlər edib, ölkəmizi Avrasiya İttifaqına üzvlüyə cəlb etmək istəyir.

İlk növbədə 9 noyabr birgə Bəyannaməsinə uyğun olaraq Rusiya və Ermənistan bu dəhlizin açılmasını reallaşdırmalıdırlar. Əgər, bu dəhliz açılmazsa və 9 noyabr birgə Bəyannaməsinin əsas bəndlərindən biri reallaşmazsa, təbii ki, Azərbaycan təzyiq mexanizminə əl ata bilər.

Ona görə də Pasiyan da bu məsələnin mahiyyətini bilir və düşünürəm ki, Ermənistan hakimiyəti bu dəhlizin açılmasına gedəcək. İlk növbədə Ermənistan üçündə bu vacib əhəmiyyət kəsb edir”.

Nərminə UMUDLU

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Cənubi Koreyada Rusiyanın balıqçı gəmisi yanıb

SONRAKI XƏBƏR

Bülbülün Şuşadakı Ev Muzeyinin hansı qaydada bərpa ediləcəyi məlum olub