Selcuk Bayraktar ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarmasına münasibət bildirib

Türkiyənin F-35 proqramından çıxarılması indi dezavantaj olaraq görülsə də, gələcəkdə milli müdafiə sənayesi üçün xeyirli ola bilər.

İnterAz "NTV"yə istinadən xəbər verir ki, bunu "TB-2"nin memarı sayılan, “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar bildirib.

"Bəli, bu gün elə bir təyyarə hazırlamağa bəlkə də 15-20 il vaxt lazımdır. Amma milli platformda hazırlanacaq təyyarənin satınalması, istismarı, təmir xərcləri hər halda F-35-dən az olacaq", o deyib.

"Baykar"ın həyata keçirdiyi layihələr haqqında da ətraflı məlumat verən Bayraktar bildirib ki, son 4-5 ildir həyata keçirilən AKINCI platformamısının inkişafı və pilotsuz qırıcı təyyarə layihəsi sürətləndirilib:

"Hədəfimiz 2023-cü ildə onun prototipinin ilk uçuşunu həyata keçirməkdir".

Interaztv.com

ƏVVƏLKİ XƏBƏR

Mourinyo La Liqaya qayıdır?

SONRAKI XƏBƏR

Manatla kreditlərin orta faiz dərəcələri artıb, əmanətlərin isə azalıb