Fransalı hüquqşünas: “Məqsədimiz Ermənistanın Gəncəni atəşə tutması ilə bağlı hüquqi proseslərə başlamaqdır”

“Bura gəlmişəm ki, nələr baş verdiyini öz gözümlə görüm. Bunlara qiymətimizi verəcəyik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu fransalı hüquqşünas, xanım Elise Arfi Ermənistanın Gəncədə atəşə tutduğu ərazilərə baş çəkən zaman deyib.

O bildirib ki, bu məsələ ilə bağlı nə edə biləcəklərinə baxacaqlar: “İstərdik ki, bu məsələ beynəlxalq səviyyəyə çıxsın. Bizim məqsədimiz hər hansı hüquqi proseslərə başlamaqdır”.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Cüdoçularımızın qatılacağı turnir azarkeşlərlə keçiriləcək

SONRAKI XƏBƏR

Soros ölkəmizi hədəfə almağa çalışır - Azər Badamov