Türkiyə Azərbaycanla Ermənistanın layihələrini dəstəkləyir - Çavuşoğlu

Bakı. Orxan Nəbiyev - Trend:

Azərbaycan və Ermənistan nəqliyyat və enerji dəhlizi layihələri üzərində işləyir, Türkiyə isə bunu dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Qafqaz regionunda 30 illik işğaldan sonra Azərbaycanın öz torpaqlarını geri alması ilə sabitlik, rifah və sülh üçün imkanlar yaranıb.

Nazir, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının daha nüfuzlu regional təşkilata çevrildiyini vurğulayıb.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Nazir: “1 milyon 600 min kompüterin alınması Azərbaycan təhsilinin problemlərini həll etməyəcək”

SONRAKI XƏBƏR

ABŞ-Rusiya qarşıdurması: “Bayden öldürücü sanksiyaları tezləşdirməlidir"