Deputatdan həkimlərin həbsinə reaksiya: Parlamentdə müzakirə ediləcək

Korrupsiya ilə bağlı məsələlər parlament iclaslarının həm qanunvericilik təşəbbüsləri hissəsində, həm də ayrı-ayrı məsələlərin müzakirəsində gündəmə gətirilir, tənqid olunur və kimlərsə ifşa edilir. Səhiyyə sistemindəki neqativ hallar yenə də gündəmdədir. Yəqin ki, Milli Məclisdə də bu məsələlər qaldırılacaq və müzakirə olunacaq.

Milli.Az bildirir ki, bunu ARB24-ün "İş vaxtı" verilişində "Yeni klinika"nın direktoru Pərviz Abbasovun və FHN-nin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsi barədə danışan millət vəkili Razi Nurullayev deyib. O bildirib ki, korrupsiya və rüşvətlə mübarizə ilə bağlı qanunvericilik qaydasında olsa da, onun həyata keçirilməsi mexanizmində neqativ hallar var:

"Bizdə qanunvericilikdə hər şey qaydasındadır. Lakin məsələ onun necə həyata keçirilməsidir. Hazırda qanunun vətəndaşların xeyirinə olan hissəsinin sadələşdirilməsi, korrupsiya və rüşvətlə mübarizə ilə bağlı hissəsinin isə sərtləşdirilməsi istiqamətində iş gedir. Hesab edirəm ki, bundan sonrakı mərhələdə də səs-küylü həbslərin həyata keçirilməsi cəmiyyətə çatdırılmalı və maarifləndirilmə işləri aparılmalıdır".

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib

SONRAKI XƏBƏR

"Maraşlı" yeni serialda