Bu fakt maraqlıdır: Paşinyan Zəngəzura niyə getdi? – “...Bir bildiyi var”

“Bu, ciddi sual doğurur. Paşinyan ya naşı siyasətçidir, ya da bir bildiyi var”

Dünəndən etibarən erməni xalqının Baş nazir Nikol Paşinyana qarşı sərt təpkiləri səngimək bilmir. Küçələrə axışan əhali Paşinyan əleyhinə etiraz aksiyaları keçirərək bir neçə dəfə onun yolunu kəsiblər. Baş nazir dünən səhər saatlarında Aqarak vilayətindən qovulub. O, Aqarakdan sonra Sünik və Kacarana üz tutub.

Lakin Paşinyanın Sünikə səfəri də xoş nəticələnməyib. Sünikdə yaşayan yüzlərlə insan onu “xain”, “türk”və “kapitulyator” adlandırıblar.

Kacaran sakinləri isə şəhərə aparan əsas yolu qapadaraq, etiraz aksiyası təşkil ediblər. Aksiyada əsas məqsəd Nikol Paşinyanı şəhərə buraxmamaq olub. Baş nazir və onu müşayiət edən kortec də şəhərə gəlməyə risk etməyib.

 

Erməni xalqının aqressiyası barədə “Sherg.az”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyan daş-qalaq edildiyi üçün məcbur qalıb bölgəni yarımçıq tərk etdi:

“Lakin o deməkdir ki, Paşinyan hər bölgədə bu cür qarşılanır. Belə olsaydı, ermənilərin bir hissəsi hələ də ona dəstək olmazdı. Rəy sorğuları da göstərir ki, parlament seçkilərində onun partiyası birinci yerə çıxacaq.

Ümumiyyətlə, Zəngəzur həssas bir bölgədir. Ona görə də ermənilər Azərbaycanın qələbəsi və sərhədlərin yaxınlaşmasından çox narazıdırlar. Amma bu, hər bölgə üçün keçərli deyil. Sadəcə bir fakt maraqlıdır: Paşinyan bilə-bilə ki, Zəngəzurdakı camaatın əhval-ruhiyyəsi mənfidir və yaxşı qarşılanmayacaq, nə üçün bura getmək zərurəti hiss edib? Bu, ciddi sual doğurur. Paşinyan ya naşı siyasətçidir, ya da bir bildiyi var”.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib

SONRAKI XƏBƏR

"Maraşlı" yeni serialda