Paşinyanın deputat qaynı Sünik sakinlərini aşağıladı

Ermənistan parlamentinin “Mənim Adımım” fraksiyasından olan deputatı, baş nazir Nikol Paşinyanın qayını Qraç Akopyan ölkəsindəki qalmaqallı həbslərə münasibət bildirib. Azvision.az xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən Akopyan dünən Sünikdə (Zəngəzur-red.) Paşinyanın maşın kalonuna hücum edən sakinlərin İrəvana alçaldılmış şəkildə gətirilməsini dəstəkləyib.

"Onları gətirmək lazım idi. Belə alçaldılmış formada gətirilməli idilər",- deyə erməni deputat radikal fikirlər səsləndirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 21-də Zəngəzur vilayətinin Mehri və Aqarak şəhərlərinə səfəri yerli sakinlər tərəfindən etirazla qarşılanıb. Bir qrup sakin baş nazirin avtomobilinə və mühafizəçilərinə hücum edib. Bundan sonra Paşinyanın tapşırığı əsasında etirazçılar və aksiyaları təşkil edənlərin həbsinə başlanılıb.

Mehri şəhərinin meri Mxitar Zakaryan etirazçılara dəstək verdiyi üçün saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Paşinyanın avtomobilinə hücum etmiş şəxsləri saxlayarkən onlara qarşı alçaldıcı hərəkətlər ediblər.




 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Seroloji testlər niyə aparılmır? - TƏBİB-dən açıqlama

SONRAKI XƏBƏR

Beynəlxalq qurumlarin gecikmiş etirafları - Böyük pullar sakitliyi çox sevir...