Krımda “casus ovu” – Rusiya kəşfiyyatı hərəkətə keçdi

Krımda “casus ovu” – Rusiya kəşfiyyatı hərəkətə keçdi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Krımda Ukraynaya casusluq etdiyi iddiası ilə bir Rusiya vətəndaşını saxlayıb.

Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan Rusiya vətəndaşının dindirildikdən sonra məhkəməyə göndərildiyi bildirilib.

FSB-dən verilən açıqlamada Simferopolda saxlanılan həmin şəxsin Rusiya ordusunun Qara dəniz donanması ilə bağlı gizli məlumatlar topladığı və bu məlumatları Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat mərkəzinə göndərməyə hazırlaşdığı deyilib.

“Casusluq” etdiyi üçün nəzarətə alınan Rusiya vətəndaşının 2 ay sonra məhkəmə müddətinə qədər həbs ediləcəyi və “vətənə xəyanət” ittihamı ilə 2 ildən 20 ilədək həbs cəzası tələbi ilə mühakimə olunacağı açıqlanıb.

 

Mənbə: teleqraf.com