Paşinyanın şurnuxlunun evinə soxulması... – Ter-Petrosyan

Paşinyanın şurnuxlunun evinə soxulması... – Ter-Petrosyan

Mənim üçün Paşinyanın “Sünik səfəri”nin ən iyrənc epizodu axşam saatlarında, icazəsiz şurnuxlu bir qadının evinə soxulması idi.

Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan deyib.

“Ölkəmin baş nazirini daha alçaldıcı bir vəziyyətdə görmək istəməzdim”, - Ter-Petrosyan bildirib.

Qeyd edək ki, Paşinyan aprelin 20-də gecə gözlənilmədən Sünikə (Zəngəzur) səfəri zamanı Şurnux kəndində sakinlərin birinin evində gecələmək istəyib. Ev sahibəsi bildirib ki, baş naziri evinə buraxmaq istəməsə də, o və yanındakı nümayəndə heyəti evə daxil olublar.

Mənbə: axar.az