BMT: “Soyqırımı faktını müvafiq məhkəmə instansiyası təsdiq etməlidir”

ABŞ-ın qondarma erməni soyqırımını tanıması planlarını şərh edən BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyucarrik bu faktın müvafiq instansiya məhkəməsi tərəfindən təsdiq edilməli olduğunu bildirib.

“Əgər BMT-nin mövqeyindən danışsaq, soyqırımı faktı müvafiq məhkəmə instansiyası tərəfindən təsdiq edilməlidir”, - deyə S.Dyucarrik bəyan edib.

TASS xəbər verir ki, qurum rəsmisi ötən əsrin əvvəllərində Osmanlı imperiyasında cərəyan edən hadisələri şərh etməkdən imtina edərək, onların BMT-nin yaranmasından xeyli əvvəl baş verdiyini qeyd edib.

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

Cennniferin 51 yaşı olsa da... - FOTO

SONRAKI XƏBƏR

Regionların inkişafı iqtisadi siyasətdə prioritet istiqamətdir