Musabəyov: “İsgəndər”lə bağlı qapalı danışıqlar gedir

Şuşa istiqamətində istifadə olunan “İsgəndər” kompleksi haqqında həqiqəti ictimaiyyət daha sonra biləcək.

Axar.az xəbər verir ki, bu barədə “Press Klub”a müsahibəsində Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, bu mövzu, daha doğrusu, raketlərin haradan və kim tərəfindən atıldığı, hansı səbəbdən gözlənildiyi kimi effekt verməməsi sualları hələ ki, açıq qalır:

“Suallar çoxdur: neçə ədəd raket atılmışdır, neçəsi havada məhv edimişdir, raketlərin bloklanması işə salınmışdırmı? Amma aydındır ki, məsələ bağlı deyil və həm Azərbaycan, həm də Rusiya ilə Ermənistan tərəflərindən əlavə məlumat gözləmək lazımdır”.

Deputat, həmçinin vurğulayıb ki, bu, son dərəcə həssas məsələdir və ictimaiyyətə məlumat veriləcək:

“Eyni zamanda, mövzu üzrə qapalı danışıqlar davam edir”, - deyə Musabəyov qeyd edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bayden o ifadəni işlətməyəcək, çünki... - Millət vəkili

SONRAKI XƏBƏR

“Ağıl və ruh sağlığım yoxdur"