Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq

Kanada gələn həftə 300 000 doza "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin gətirilməsini gözləyir.

Trend-in məlumatına görə, bu barədə ölkədə koronavirusa qarşı peyvəndlərinin çeşidlənməsi və paylanmasında cavabdeh olan general Deni Fortin deyib.

General əlavə edib ki, Kanada bölgələrinə dərmanın çatdırılması may ayının ilk həftəsində başlayacaq.

Qeyd edək ki, Kanada Səhiyyə Nazirliyi martın 5-də ölkə ərazisində "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsinə razılıq verib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

2 saat az yatmaq insana necə təsir edir? - ARAŞDIRMA

SONRAKI XƏBƏR

Federal məclisə müraciətin detalları - VİDEO