Federal məclisə müraciətin detalları - VİDEO

Federal məclisə müraciətin detalları - VİDEO

“Federal məclisə müraciəti zamanı Belarusiyanın timsalında Vladimir putin göstərmək istədi ki, qərbin kollektiv şəkildə reqionda sabitliyi pozma cəhdlərini Rusiya aydın şəkildə görür və bunun baş tutmasına imkan verməyəcək.” Bu fikirləri Reala acıqlamasında Rusiyalı politoloq Andrey Petrov bildirdi. Politoloq qeyd etdi ki, Bu mesaj həm də daxili auditoriyay yönəlib.

İlkin olaraq Belarusiyanın timsalında Vladimir putin göstərmək istədi ki, qərbin kollektiv şəkildə reqionda sabitliyi pozma cəhdlərini Rusiya aydın şəkildə görür və bunun baş tutmasına imkan verməyəcək. Bu həm də daxili auditoriyay yönəlmişdi ki, rusiyada da sabitliyin pozulmasına yol verilməyəcək. Belarusiya isə rusiyanın öz dostlarına köməklik göstərərək bütün bu cəhdələrə qarşı dayanışının nümunəsidir. Belarusiyadan danışarkən Vladimir Putin öz müttəfiqlərinə müraciət etdi. Bildirildi ki, əgər onlar bizim tərəfdaşımız və müttəfiqimiz olaraq qalsalar Rusiya onları qoruyacaq və hüquqlarının pozulmasına imkan verməyəcək.

Ümumiyyətlə Vladimir Putinin Federal məclisə müraciətini şərh edən politoloq nəzərə çatdırdı ki, Rusiya Qərblə danışıqların davam etdirilməsində məna görmür.

Bu dəfə Prezident xarici siyasətdən çox az danışdı. əsasən rusiyalıların daxili problemlərinə diqqət yönəltdi. Və mən hesab edirəm ki, bu nitqin bu cür uzunluğu ondan xəbər verir ki, qərblə münasibətlərdə olan problemlərdən danışmağa ayrılmış müddət artıq sona yaxınlaşmaqdadır. Yəni tərəflər artıq öz mövqelərini ortaya qoyub. Və rusiya artıq bir məna görmür ki, qərblə danışıqları davam etdirsin və ya inandırsın. Biz anladıq ki, qərb öz mövqeyini və münasibətini dəyişməyəcək. Və indi isə bizə o qalır ki, prezidentin etdiyi kimi, öz mövqeyimizi qısa şəkildə ortaya qoyaq və bizim maraqlarımız nəzərə alınmasa nə edəcəyimizi bildirək. Ona görə Prezident qısa, tutumlu və sərt şəkildə qırmızı xətti bizim özümüzün müəyyən edəcəyəyimizi bildirdi ki, hec kim bu xətti kecməsin.

Qeyd edək ki, Rusiya federasiyasının prezidenti Vladimir Putin aprelin 21-də Federal meclisə müraciət edib.

 

Mənbə: www.realtv.az