Prezidentə çevriliş xəbərdarlığı edən generallara cəza veriləcək - Baş Qərargah rəisi

Prezidentə çevriliş xəbərdarlığı edən generallara cəza veriləcək - Baş Qərargah rəisi

Ölkənin acınaqcaqlı vəziyyətə düşməsi və çevriliş gözləntisi barədə Prezident Emmanuel Makrona açıq məktub yazan fransalı generalları cəza gözləyir.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, onlar vəzifədən azad oluna bilərlər. Onların məsələsinə Hərbi Şurada baxılacaq.

"Parisien" nəşri yazır ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Fransua Lekuantr bununla bağlı müsahibəsində xəbəri təsdiqləyib:

"Bu generallar fərdi qaydada Hərbi Şurada dindiriləcəklər. Bu prosedurdan sonra qaydalara müvafiq olaraq Prezident onlarn xidmətdən kənaraşdırılması barədə qərar imzalaya bilər".

Artıq 18 hərbçi ilə bağlı inzibati qaydada cəza tədbirləri görülməsi qərara alınıb:

"Bu müraciət ordudakı əhval-ruhiyyəni əks etdirmir. Ordu siyasi deyil, hər gün vətən uğrunda savaşa hazırdır".

Xatırladaq ki, sözügedən sənəddə minlərlə hərbçinin imzası var.

Xəzər
Cebhe.info

 

Mənbə: cebhe.info