Azərbaycan Qarabağda əmin-amanlığı təmin etdi

Azərbaycan Qarabağda əmin-amanlığı təmin etdi

Azərbaycan Qarabağı azad etdi, orada sülhü və əmin-amanlığı təmin etdi. Biz də onların haqlı mübarizələrində onlarla birlikdə olduq. Bundan sonra da sonadək yanlarındayıq.

Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“Terrorçular Suriyada sülhü və əmin-amanlığı pozmağa çalışırlar. Biz onlara imkan vermirik. Türkiyə yalnız torpaqlarındakı 4 milyon suriyalı qardaşına baxmır, eyni zamanda Suriyanın şimalında silahlı qüvvələrimizin nəzarət etdiyi bölgədəki 5 milyon suriyalı qardaşımızdan da cavabdehdir. Onların sağlamlıq, təhsil, yol, su və elektrik kimi ehtiyaclarını qarşılayır və normallaşdırmaq üçün lazımi səyləri göstəririk”, - Akar bildirib.

Mənbə: axar.az