G7 Şimali Koreyaya qarşı gücünü birləşdirdi

G7 Şimali Koreyaya qarşı gücünü birləşdirdi

G7 ölkələrinin xarici işlər nazirlərinin Londonda keçirilən görüşündə Şimali Koreyanın nüvəsizləşdirilməsi işlərində qarşılıqlı dəstək barədə razılıq əldə olunub.

Bu barədə “Kiodo” nəşri yazıb.

“Şimali Koreyanın tam, bərpaedilməz və yoxlanıla bilən nüvəsizləşdirilməsi məqsədi ətrafında razılığa gəldik”, - deyə Yaponiyanın Xarici İşlər naziri Tosimitsu Moteqi bildirib.

Xatırladaq ki, G7 ölkələri xarici işlər nazirlərinin görüşü Londonda 3-5 may tarixlərində keçirilir.

Mənbə: www.oxu.az