Azərbaycan XİN Meksikaya başsağlığı verib

Azərbaycan XİN Meksikaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi paytaxt Mexikoda metro körpüsünün çökməsi ilə bağlı Meksikaya başsağlığı verib. Azvision.az bu barədə nazirliyinin tvitter səhifəsinə istinadla xəbər verir.

“Metro körpüsünün çökməsi barədə xəbərlər bizi dərindən kədərləndirdi. Bu faciəvi qəzada həlak olanların ailələrinə, eləcə də Meksika hökumətinə və xalqına başsağlığı verir, yaralananların hamısının tezliklə sağalmasını diləyirik", - paylaşımda deyilir.

Pərvanə Sultanova

 

Mənbə: azvision.az