“ABŞ müttəfiqlərini itirməyə davam edir” - Ekspert

“Məsələnin gerçək reallığı budur, ABŞ-ın silah gücünə qlobal şüura yeritmək istədiyi avroatlantikaçılıq ideologiyası iflasa uğrayır”.

Bu sözləri siyasi analitik Tural İsmayılov deyib. O, daha ətraflı “Sherg.az”a danışdı:

“İngiltərə bu reallığı dərk edərək Çinlə iqtisadi sahədə böyük bir saziş imzaladı və Avropa Birliyindən nümayişkaranə şəkildə imtina etdi. Eyni zamanda Türkiyə və Rusiyanın bir sıra problemli coğrafiyalarda müttəfiqliyi, İranın proseslərdən kənar saxlanmamağı və Türkiyənin Rusiyanın S-400 raketləri ilə bağlı dəqiq mövqeyi Bayden adlı qocanın ermənilərdən oyuncaq kimi istifadəsi ilə nəticələndi. Bunlar isə dünyanın yeni reallığında heç nə ifadə etmir, ABŞ bütün dünyada müttəfiqlərini itirməyə davam edir”...

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

İsveçrə diplomatın ölümü ilə əlaqədar Tehranla əlaqə saxladı

SONRAKI XƏBƏR

Fransa Misirə 30 ədəd “Rafale” döyüş təyyarəsi satır