İsveçrə diplomatın ölümü ilə əlaqədar Tehranla əlaqə saxladı

İsveçrə diplomatın ölümü ilə əlaqədar Tehranla əlaqə saxladı

Eastnews.org-un verdiyi xəbərə görə, İsveçrə Federal Xarici İşlər Departamenti (XİN) Tehrandakı səfirliyinin işçilərindən birinin öldüyünü təsdiqləyib.

Departament İsveçrə hökumətinin hadisə ilə əlaqədar İran hökuməti ilə təmasda olduğunu bildirib.

Bundan əvvəl İran mətbuatı ABŞ-ın İrandakı maraqlarını təmsil edən İsveçrə səfirliyinin bir işçisinin Tehrandakı çoxmərtəbəli binadan yıxılaraq öldüyünü bildirmişdi. 51 yaşlı ölən şəxsin səfirliyin birinci katibi vəzifəsində çalışdığı bildirilmişdi.

 

Mənbə: eastnews.org