Fransa Misirə 30 ədəd “Rafale” döyüş təyyarəsi satır

Fransa Misirə 30 ədəd “Rafale” döyüş təyyarəsi satır

Fransa Misir Hərbi Hava Qüvvələrinə (HHQ) 30 ədəd “Rafale” döyüş təyyarəsinin satılması üçün ölkənin Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. Ordu.az xəbər verir ki, bu barədə Misir Müdafiə Nazirliyi məlumat yayıb.

“Reuters” agentliyi yazır ki, təyyarələrin satılması üçün imzalanan müqavilənin ümumi dəyəri 4.5 milyard ABŞ dollarıdır.

Fransa prezidenti Emmanuel Makron dekabr ayında Misirə silah satışını insan haqları ilə məhdudlaşdırmayacağını, çünki Qahirənin bölgədəki terrorizmlə mübarizə qabiliyyətini zəiflətmək istəmədiyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az