Azərbaycandan humanistlik dərsi - VİDEO, YENİLƏNİB

Azərbaycandan humanistlik dərsi - VİDEO, YENİLƏNİB

Qarabağ müharibəsindən sonra saxlanılan erməni hərbçilərdən üçünün azad edilərək İrəvana təhvil verilməsi Azərbaycanın atdığı ilk humanist addım deyil.

Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, istər hərbi əməliyyatların getdiyi dövrdə, istərsə də münaqişədən sonra Azərbaycan tərəfi dəfələrlə verdiyi qərarlarla insanpərvərlik nümayiş etdirib.

Qeyd edək ki, Qarabağda saxlanılan erməni hərbçilərdən 3-ü Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyan Ermənistana təhvil verilib. İstintaq zamanı həmin hərbçilərin Azərbaycana qarşı terror aktlarında iştirak etmədikləri təsdiqlənib.

Erməni hərbçilər Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun müşayiəti ilə xüsusi hərbi təyyarə ilə İrəvana yola salınıb.

 

***

21:33

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanist siyasətə uyğun olaraq daha üç erməni hərbçi Ermənistana qaytarılıb.

 

Mənbə: www.realtv.az