Türkiyə ilə Misir arasında görüş bu gün başlayır

Türkiyə ilə Misir arasında siyasi danışıqların dəqiq tarixi bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Belə ki, Türkiyə XİN rəhbərinin köməkçisi Sədat Önalın təmsil etdiyi nümayəndə heyəti mayın 5-6-da Qahirədə rəsmi səfərdə olacaq.

S.Önal misirli həmkarı Həmdi Loza ilə ikitərəfli və regional münasibətlərin normallaşdırılması istiqamətində lazımi addımların atılması məsələsini müzakirə edəcək.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Xameneyini istefaya çağıran rejissorun həyatı təhlükədədir

SONRAKI XƏBƏR

15 ölkə Hindistana tibbi yardım göndərdi