ABŞ-a Donbasda sülh lazım deyil - Medvedçuk

ABŞ-a Donbasda sülh lazım deyil - Medvedçuk

ABŞ istəyir ki, Ukrayna Rusiya ilə qarşıdurmanın plasdarmına çevrilsin, Vaşinqtona Donbasda sülhün olması lazım deyil.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Müxalifət Platforması – Həyat Uğrunda Partiyasının sədri Viktor Medvedçuk deyib.

“Ukrayna Prezidenti Vladimir Zelenskini dəstəkləməklə beynəlxalq liderlər düzgün addım atdılar. Amma bu xorda səs tonunu ABŞ təyin edir. Onlar istəyir ki, Ukrayna Rusiya ilə qarşıdurmanın plasdarmına çevrilsin. Onlara Donbasda sülh lazım deyil”, - Medvedçuk bildirib.

Qeyd edək ki, Medvedçuk Rusiya Prezidenti Vladimir Putinin qızının “xaç atası”dır və onun MDB məkanında ən yaxın adamlarından sayılır.

Mənbə: axar.az