Rusiyanın Fransaya cavabı budur - XİN

Rusiyanın Fransaya cavabı budur - XİN

Rusiyanın Fransadakı səfiri Aleksey Meşkovun bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılması, fikrimizcə, AB ölkələri tərəfindən razılaşdırılmış demarşın bir hissəsidir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən açıqlama verilib.

"Səfir bu mövzuda Rusiya tərəfinin dəfələrlə səsləndirdiyi açıqlamalar verdi. Cavab tədbirlərinin Avropa Birliyinin 2 və 22 mart tarixli qərarları ilə diktə edildiyini, bir sıra Rusiya rəsmilərinin bu ölkələrə girməsinə qadağa qoyulduğunu vurğuladı", - XİN-dən bildirilib.

Qeyd edək ki, Rusiya səfiri mayın 3-də Fransa XİN-ə çağırılıb.

Mənbə: axar.az