Kremlə "su təzyiqi"ni davam etdirməliyik - Klimkin

Kremlə "su təzyiqi"ni davam etdirməliyik - Klimkin

Krımın su problemi... İşğal edilmiş torpaqların azad edilməsi yönündə Rusiyaya təzyiq göstərmək üçün həqiqətən də bir vasitədir.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın sabiq xarici işlər naziri Pavel Klimkin deyib.

Onun sözlərinə görə, Kiyev adaya su verilişini təmin etsə, faktiki olaraq Rusiyanın oradakı suverenliyini tanımış olacaq.

Klimkin bu vəziyyəti Baltikyanı respublikaların 1939-1940-cı illərdə SSRİ-yə birləşməsi ilə müqayisə edib.

Qeyd edək ki, hazırda Krım əhalisi ciddi şəkildə içməli su problemi yaşayır.

Mənbə: axar.az