Japarov yeni Konstitusiyanı imzaladı

Japarov yeni Konstitusiyanı imzaladı

Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin yeni Konstitusiyasını imzalayıb. Azvision.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Yeni Konstitusiya məhz ölkəmiz üçün aktual olan çağrışlar nəzərə alınaraq yazılıb”, - Prezident vurğulayıb.

Dəyişikliklər Prezidentin səlahiyyətlərinin əhəmiyyətli dərəcədə artırılmasını, parlamentin hüquqlarının azaldılmasını və sayının 120 nəfərdən 90 nəfərə endirilməsini nəzərdə tutur.

Artıq prezident nazirlərin təyini və istefaya göndərilməsi imkanı daxil olmaqla, hökumət üzərində nəzarəti tam ələ alacağı qeyd edildi. Bundan əlavə, prezidentin artıq bir altı illik əvəzinə deyil, iki beş illik müddətə seçilmək imkanı var.

Qeyd edək ki, yeni Konstitusiya üzrə referendum aprelin 11-də keçirilib. Səsvermədə iştirak edən vətəndaşların 79 faizi yeni Konstitusiyanın lehinə səs verib.

Pərvanə Sultanova
 

Mənbə: azvision.az